YARIMKEÇİRİCİ CİHAZLAR

Yarımkeçiricilərin ən möcüzəli xüsusiyyətlərindən biri p-n keçidi adlanan iki müxtəlif növ keçiriciliyə məxsus yarımkeçirici kristalların səthlərinin toxunma sərhədində yaranan birtərəfli keçiddir.
p-n keçidini təmin etmək üçün deşik keçiriciliyə malik kristalda elektron keçirici hissə (yaxud, əksinə, elektron keçiriciliyinə malik kristalda deşik keçiricilik hissəsi) yaratmaq lazımdır. Bu cür hissə ya kristalın yetişdirilmə prosesində ora aşqar daxil edilməklə, yaxud aşqar atomları kristala yeridilməklə yaradılır.
Tranzistor-Yarımkeçiricilərdəki p-n keçidinin xassəsindən istifadə 
edərək, elektrik rəqslərinin düzləndirilməsi və çevrilməsini təmin etmək olur. Bu məqsədlə, tranzistor adlanan ( ingilis sözləri transfer-"aparıram", rezistor-"müqavimət" deməkdir) cihazdan istifadə edilir.

Hiç yorum yok:

Yorum Gönder