21 Mart 2014 Cuma

GİRİŞ

Salam xoş gəlmisiniz!

Biz 11-ci sinifin şagirdləriyik. Müəllimimiz bizimlə "Yarımkeçiricilərin texnikada tətbiqi bizə nə verdi?" mövzusunda layihə tapşırdı və biz də qrup olaraq araşdırmaya başladıq. Araşdırmamıza aşağıdakı ardıcıllıqla başladıq: Əvvəlcə yarımkeçiricilər haqqında ümumi məlumat topladıq, yəni məxsusi, n-tip və p-tip keçiriciliklərin mexanizmi ilə tanış olduq, daha sonra yarımkeçiricilərin müqavimətinin temperaturdan və işığın intensivliyindən necə asılı olmasını araşdırdıq. Sonra iş prinsipi yarımkeçiricilərə əsaslanan cihazlarla tanış olduq, onların iş prinsiplərini və sxemlərdə qoşulma qanunlarını öyrəndik.